DİN BNMİ Masallı rayonunda əməliyyat keçirib – 39 kq narkotik vasitə aşkar olunub

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Masallı rayonunda keçirilən növbəti əməliyyat zamanı 1987-ci il təvəllüdlü Rüstəm Abdullayev saxlanılıb. Ondan 39 kq tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Bu barədə “turaninsesi.az” – a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

R.Abdullayev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Masallı rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI