DİN Əməliyyatları davam etdirir Quldurluq və Ohurluqla saxlalınanlar var

0

Quldurluq

Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə Binəqədi qəsəbəsindəki bankomatların birində 2 nəfərin Bakı şəhər sakini olan 62 yaşlı qadına hesabından pulunu çıxarmalarına kömək etmələri, sonradan isə onu təqib edərək içərisində 283 manatı, şəxsiyyət vəsiqəsi və bank kartı olan çantasını quldurluq yolu ilə talaması barədə müraciət daxil olub.

Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Orxan Cəfərov və Hacıqabul rayon sakini Əfqan Haqverdiyev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.


❗️Oğurluq

Salyan Rayon Polis Şöbəsinə noyabrın 19-da saat Peyk kəndi ərazisində kənd sakini A.Cəbrayılovun çoban işlədiyi fermadan 73 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə müraciət daxi olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 1-ci Varlı kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Famil Rzayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.


❗️Quldurluq

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə noyabrın 19-da saat 23 radələrində C.Naxçıvanski küçəsində 2 nəfərin Ucar rayon sakini Ş.Abbasovun quldurluq yolu ilə mobil telefonunu, içərisində 235 manatı, şəxsiyyət vəsiqəsi və bank kartları olan cüzdanın talamaları barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Göygöl rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş İntiqam Bayramov və Bakı şəhər sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.


❗️Oğurluq

Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 20-də Beçtalı kəndi ərazisində “Azərişıq” ASC-yə məxsus 9250 manat dəyərində 2500 metr naqil oğurlamaqda şübhəli bilinən kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Şahlar Əhmədov saxlanılıb, bir nəfərin isə şəxsiyyəti müəyyən olunub. Araşdırma aparılır.


❗️Oğurluq

Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə Ş.Mirzəyev küçəsində yerləşən avtomobillərin yuyulması məntəqəsində “Opel” markalı bir avtomobildən 1210 manat pulun oğurlanması barədə müraciət daxil olub.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Asəf Şirinov saxlanılıb.
Araşdırma aparılır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir