DİM-in mətbuat xidmətinin məlumatı

  • Sentyabrın 17-də və 18–də ölkə ərazisində qeydə alınan cinayətlərdən 115-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 11-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
  • Axtarışda olduğuna görə ümumilikdə 39, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 73, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 102 nəfər saxlanılıb.

  • Sentyabrın 16-da saat 20 radələrində Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində kənd sakini İ.Xəlilov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmkəndlisi Ruslan Əsgərovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada sentyabrın 17-də orada ölüb.

  • Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.Sentyabrın 18-də saat 13 radələrində Qəbələ şəhəri ərazisində şəhər sakini Ə.Zeynallı idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi Telli Eyvazovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
    Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.

Sentyabrın 18-də saat 9 radələrində Gədəbəy rayonunun Yenikənd kəndi ərazisində rayon sakini A.Əsgərov idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolun kənarı ilə atla hərəkən edən Qumlu kənd sakini Elgün Abbasovu vurub və nəticədə E.Abbasov hadisə yerində ölüb.
Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə sentyabrın 14-nə keçən gecə Zabrat qəsəbəsi ərazisindən qəsəbə sakini E.Əhmədova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Fuad Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Gəncə ŞBPİ-nin 1-ci Polis Şöbəsinə şəhər sakini R.Kazımova məxsus “VAZ-21099” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Yeni Gəncə qəsəbəsi ərazisində tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Gəncə şəhər sakini Xəyal Verdiyev və Göygöl rayon sakini Sənan Cümşüdov saxlanılıblar. Araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir