Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatı (26.01.2023)

0

Axtarışda olan şəxs saxlanılıb.
Xəzər rayonunun Binə qəsəbəsindəki bir ofisin kondisioner mühərrikinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə “Turanın səsi ” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən, Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olan Bakı şəhər sakini Fariz Mirzəyev saxlanılıb.


Yanvarın 25-də ölkə ərazisində qeydə alınan 75 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.


– Axtarışda olduğuna görə ümumilikdə 107, o cümlədən borclu şəxs qismində axtarışda olan 78 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.


Soyğunçuluq
Nəsimi rayonu ərazisində iki nəfərin Qobustan rayon sakini olan oğlana zor tətbiq edərək pulunu və mobil telefonunu talaması barədə polisə məlumat daxil olub.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Bakı şəhər sakini Murad Səmədov və Ağcabədi rayon sakini Fərahim Rzayev saxlanılıblar.
Araşdırmalarla M.Səmədovun Sumqayıt şəhər sakini olan daha bir nəfərin 860 manat pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə talaması da müəyyən olunub.
Araşdırma aparılır.

Polis əməkdaşlarının yanvarın 25-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,1 kiloqramdan çox heroin və 7,7 kiloqrama yaxın marixuana olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir