Daha bir rayonun hərbi komissarı saxlanıldı

İmişli rayonunun hərbi komissarı Xəyyam Babayev saxlanılıb.

turaninsesi.az” xəbər verir ki, Xəyyam Babayevin həbsi barəsində məhkəməyə təqdimat daxil olub.

Hərbi xidmətə çağırışla bağlı yol verilən qanun pozuntularının aşkar olunaraq qarşısının alınması və profilaktikası, habelə bu sahədə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində Baş Prokurorluq tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə davamlı olaraq kompleks tədbirlər həyata keçirilir.

Daha əvvəl də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi mayor Sadiq Əliyev və Daşkəsən rayon bölməsinin rəisi vəzifəsini icra edən, mayor Anar Əsgərov da həbs olunmuşdu. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir