Dələduzluq edərək 43800 manatı ələ keçirdi

Paytaxtda dörd nəfər aldadılaraq ümumilikdə 43800 manat maddi vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirildiyi barədə polisə məlumat veriblər.
Bu barədə “turaninsesi.az “a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı B.Kətənov saxlanılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.
Arzu Paşaqızı