“Culfa” gömrüyündə 39 kq heroin aşkarlandı

Xüsusi üsulla gizlədilmiş 39 kiloqramdan artıq heroin aşkar edildi.

turaninsesi.az ” xəbər verir ki, “Culfa” gömrük postunda ölkəmizdən tranzit keçməklə İrandan Polşaya “plastik üzlük lövhələr” yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib.

Yoxlama zamanı nəqliyyat vasitəsindəki plastik üzlük panellərin içərisinə malların aşkarlanmasını çətinləşdirən üsullardan istifadə edilməklə yerləşdirilərək sıxışdırılmış 780 ədəd paketdə, ümumi təmiz çəkisi 39 kiloqram 315,246 qram xüsusilə külli miqdarda narkotik vasitə – heroin aşkar edilib.

Arzu Paşaqızı