CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ NARKOTİK VƏ PSİXOTROP MADDƏLƏRİN KEÇİRİLMƏSİNİN QARŞISI ALINIB

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 13 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Məhkuma həyat yoldaşı tərəfindən göndərilmiş bağlamaya baxış keçirilən zaman gödəkçənin cibində gizlədilmiş bükülülərdə 1,860 qram heroin və 0,498 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

Arzu Paşaqızı