Cəlilabadda məsciddən və 10 yaşayış evindən oğurluq edən həmkəndlilər saxlanılıb.

0

Cəlibad rayonunun Alar kəndində yerləşən yaşayış evlərindən birindən 7000 manat dəyərində təmir-tikinti alətləri və elektrik naqillərinin oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ocaqlı kənd sakinləri Taleh Əhmədov və Kənan İsgəndərov müəyyən edilərək saxlanılıblar. Həmin şəxslərin ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onların Cəlilabad rayonunun ayrı-ayrı kəndlərində yerləşən ümumilikdə 10 yaşayış evi və 1 məsciddən məişət əşyaları və təmir-tikinti alətləri oğurlayaraq müxtəlif ünvanlarda satdıqları müəyyən edilib. Oğurlanan əşyaların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb. T.Əhmədov və K.İsgəndərov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir