Bu il 3 tondan çox narkotik dövriyyədən çıxarılıb – Rəsmi

Bu ilin 5 ayı ərzində qanunsuz dövriyyədən çıxarılmış 3 ton 313 kq 859,7 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 87 milyon 551 min manat kimi qiymətləndirilir.

turaninsesi.az” xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Cinayətlərin 110 qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 062 kq 775,163 qr maddə müsadirə edilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI