“BMW”-dən 15 min avro oğurlandı

Bakıda avtomobildən 15 min avro yaxın pul oğurlanıb.
Bu barədə “turaninsesi.az” – a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Binəqədi rayonu ərazisində “BMW” markalı avtomobildən 3800 manat, 14485 avro pul, 950 manat dəyərində qızıl-zinət əşyası və sənədlər oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Bağırov saxlanılıb.
Araşdırmalarla təqsirli bilinən şəxs bundan öncə də “Mitsubishi” markalı avtomobildən içərisində bank kartları, sənədlər olan pul kisəsini oğurlaması da məlum olub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI