Bir günə 79 kq narkotik aşkarlandı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 21-də ümumi çəkisi 78,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə “turaninsesi.az ”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 69,9 kiloqrama yaxın marixuana, 7,4 kiloqrama yaxın tiryək, 1 kiloqramdan çox həşiş, qalanı heroin və metamfetamin, həmçinin 931 ədəd güclü təsiredici xassəyə malik həb olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Arzu Paşaqızı