Binəqədi rayonunda narkotiklərin satışı ilə məşğul olan kişi və qadın saxlanılıb

Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyatlar zamanı Biləcəri və ətraf ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Şəmsiyə Manafova və Ramazan Cəfərov saxlanılıb.

“Daxili Işlər Nazirliyinin mətbuat xidmətindən “turanın səsi ” nə daxil olan məlumata görə , Onların üzərindən və yaşadıqları ünvanlardan 7 kiloqrama yaxın heroin və marixuana aşkar edilib. Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşlarından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini və narkokuryerliyə cəlb olunduqlarını bildiriblər
Şəmsiyə Manafova və Ramazan Cəfərov barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işi başlanılıb.
Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

26 may 2023-cü il

⤵️

⤵️

” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir