DİN-in əməkdaşları narkotik vasitələrin satışı və silahlı şəxslərə qarşı silsilə əməliyyatlar keçirib

0

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar həyata keçirib. Nəticədə, qanunsuz dövriyyədən 13 kiloqram narkotik vasitə, 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd “Kalaşnikov” markalı avtomat, 2 ədəd ov tüfəngi, 32 ədəd patron və 2 ədəd patron darağı çıxarılıb.

Bu barədə “Turanın səsi nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Keçirilən tədbirlər zamanı Abdulla Yolbarsov və Elvin Mustafayev üzərlərində odlu silah daşıdıqları üçün, İsmayıl Əliyev isə narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıblar. Abdulla Yolbarsov və Elvin Mustafayevdən 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus daraq, 7 ədəd patron, 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunaraq götürülüb. İsmayıl Əliyevdən isə 6 ədəd bağlamada qablaşdırılan ümumilikdə 13 kiloqram narkotik vasitə heroin aşkar edilib. Bundan əlavə Baş İdarə əməkdaşları tərəfindən ayrı-ayrı şəxslərdən 1 ədəd “Kalaşnikov” markalı avtomat və 1 ədəd ov tüfəngi aşkarlanıb.
Qeyd olunan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

11 yanvar 2023-ci il

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir