Balakəndə qəza: Ölüm hadisəsinə görə cinayət işi açıldı
Balakəndə ölümlə nəticələnən yol qəzası baş verib.
“turaninsesi.az” xəbər verir ki, hadisə bu gün saat 15 radələrində rayonun İtitala kəndi ərazisində qeydə alınıb.
“VAZ-2106” markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Surac Ramazanovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə həmin yolda hərəkətdə olan Allahverdi Osmanovun idarə etdiyi “VAZ-21011”lə toqquşub, daha sonra isə divara dəyib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “turaninsesi.az“-a bildirilib ki, S.Ramazanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI