Balakəndə 47 yaşlı kişi qətlə yetirilib

Balakəndə 47 yaşlı kişi qətlə yetirilib.

Turanın səsi ” xəbər verir ki , bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Belə ki, avqustun 4-də saat 17 radələrində Balakən rayonunun Xalatala kənd sakini 1976-cı il təvəllüdlü Şahin Zalxayevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi istiqamətdə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcək.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir