“BakuBus” MMC-yə məxsus avtobusun yolunu kəsən sürücü cərmələndi

Paytaxtın Nizami rayonu Q.Qarayev prospektində hərəkətdə olan “BakuBus” MMC-yə məxsus avtobusun yolunu kəsərək sürücüyə qarşı xuliqanlıq hərəkətləri edən “Toyota Corolla” markalı avtomobilin sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Bu barədə “ Turanın səsi”-nə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Sürücünün etdiyi xırda xuliqanlıq hərəkətinə görə barəsində İXM-nin 510-cu maddəsinə əsasən inzibati protokol tərtib olunub, avtobusa vurduğu 980 manat maddi ziyanın ödənilməsi təmin edilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir