Bakıda saxlanılan şəxslərdən 2 kiloqram heroin aşkarlanıb

0

Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlə narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuşlar Elvin İsmayılov və tanışı S.Gözəlova saxlanılıblar.

Bu barədə “turaninsesi.az” – a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Onların üzərindən 2 kiloqramdan çox narkotik vasitə olan heroin aşkarlanıb.
Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından əvvəlcədən müəyyənləşdirilən məkanlardan götürərək satışını həyata keçirməyi və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir