Bakıda saxlanılan Rusiya vətəndaşlarının həbs müddəti uzadıldı
Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar verilib.
“turaninsesi.az ” xəbər verir ki, bununla bağlı təqdimatlara Xətai Rayon Məhkəməsində baxılıb.
Vəkil Cavad Cavadlı bildirib ki, bu gün keçirilən proseslərdə dəstə üzvlərinin hər biri barəsində olan həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Cavad Cavadlı müdafiə etdiyi Rusiya vətəndaşı ilə bağlı qərardan apellyasiya şikayəti verəcəyini deyib.
Qeyd edək ki, həmin şəxslər Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onlar barəsində ötən il iyulun 1-də Səbail Rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. 28 oktyabrda Xətai Rayon Məhkəməsinin qərarı ilə onların həbs müddəti 3 ay uzadılmışdı.
Arzu Paşaqızı