Bakıda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

0

Nizami rayonunda narkotiklərin satışı ilə məşğul olan şəxsdən
6 kiloqramdan artıq heroin, marixuana və metamfetamin aşkar olunub.

Bu barədə “Turanın səsi nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

O, narkotikləri İran vətəndaşından sosial şəbəkələr vasitəsi ilə əldə etdiyini bildirib

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 1 nəfər saxlanılıb. Polisə Natiq adlı şəxsin rayon ərazisində narkotiklərin satışını həyata keçirdiyi barədə məlumat daxil olub. Həmin şəxs – Natiq Kazımov tutularaq Polis İdarəsinə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 90 qram metamfetamin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Natiq Kazımovun idarə etdiyi avtomobildən əlavə 2 kiloqramdan artıq heroin, 4 kiloqram 190 qram marixuana və narkotiklərin satışında istifadə etdiyi qeyd dəftərçəsi aşkar edilib. Saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu naməlum İran vətəndaşından Bakı şəhərində satmaq məqsədi ilə aldığını bildirib.
Aşkar edilən faktla bağlı İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

27 yanvar 2023-cü il.

⤵️

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir