Bakıda narkotikələrin qanunsuz dövriyyəsini təşkil edən daha 4 nəfər tutulub

0

Nəsimi rayonu ərazisində naməlum şəxslərin bir nəfəri döyərək onun 8512 manat pulunu, sənəd və pul kisəsini ələ keçirmələri barədə polisə məlumat daxil olub.

Bu barədə “Turanın səsinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat  nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Xəzər Ələsgərov, Nicat Kərimov, Vüqar İsmayılov və əvvəllər məhkum olunmuş Təhmasib İlyaslı saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri zərərçəkəni Nəsimi rayonunda yerləşən “pub”lardan birində hesabı ödəyən zaman görüblər. Onun cibində pul olduğunu bildikdən sonra isə zərərçəkəni izləyərək quldurluq yolu ilə həmin vəsaitləri ələ keçiriblər. Dəstə üzvləri pulu Xəzər Ələsgərovun Abşeron rayonunda yerləşən evində aralarında bölüblər.  

Faktla bağlı İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, dəstə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İdarə əməkdaşları tərəfindən həmçinin ötən gün narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı da əməliyyatlar keçirilib. Tədbir zamanı daha 4 nəfər – Əmrulla Hüseynov, Fərid Əliyev, Seymur Muxtarlı və İlahə Fərzullayeva saxlanılıblar. Həmin şəxslərdən 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər narkotikləri sosial şəbəkələr vasitəsi ilə onlayn yolla əldə etdiklərini və paytaxt ərazisində narkokuryerliklə məşğul olduqlarını bildiriblər. 

Qeyd edilən faktlarla bağlı da Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. 

⤵️

⤵️

⤵️

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir