Bakıda marketdə bıçaqla quldurluq edən şəxslər saxlanıldı
Bakının Binəqədi rayonunda yerləşən marketlərin birində quldurluq hadisəsi baş verib.
Bu barədə “turaninsesi ”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Naməlum şəxslər gecə saatlarında orada çalışan satıcını kəsici-deşici alətlə hədələyərək tütün və kosmetik məhsulları talayıblar. Bu barədə zərərçəkən tərəf polisə məlumat verib.
Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər – 40 yaşlı Elnur Qələndərov, 32 yaşlı Mühəmməd Rəhimov və 30 yaşlı Ağaxan Xankişiyev müəyyən olunaraq saxlanılıblar. Həmin şəxslərin marketə gəliş-gedişi, tütün və kosmetik məhsulları talaması təhlükəsizlik kameraları vasitəsilə də görüntülənib.
Faktla bağlı araşdırmalar davam edir.
Arzu Paşaqızı