Bakıda evdən antik şamdanlar, mücrü və gümüş oğurlanıb
Nərimanov rayonunda Məmməd Araz küçəsində yerləşən mənzillərdən birindən naməlum şəraitdə 15000 dollar dəyərində antik şamdanlar, mücrü və gümüş kəmər oğurlanması barədə polis məlumat daxil olub.
Bu barədə “turanın səsi ” nə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Oğurluğun ev sahibin evdə olmadığı son 15 gün ərzində törədildiyi bildilirdi.
Bildirilib ki, Polis əməkdaşlarının “isti iz”lərlə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin oğurluq və soyğunçuluq maddələri ilə məhkum olunan, 1996-cı il təvəllüdlü Ramin Tağıyev müəyyən olunaraq saxlanılıb. Oğurlanan əşyaların yeri tapılaraq maddi sübüt kimi götürülüb, sahibinə qaytarılması təmin olunacaqdır.
R.Tağıyev cinayət məsuliyyətinə cəlb edilib.
Nərimanov RPİ İstintaq şöbəsində araşdırmalar davam etdirilir.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09