Bakıda DƏHŞƏT: Kişi üç uşaq anası olan arvadının…

“Üç uşaq anası olan qadın əri tərəfindən çaydanla üzərinə isti su tökülərək yandırılıb və hazırda ərinin onu öldürməsindən qorxur”.

turaninsesi.az” xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova öz sosial hesabında paylaşım edib.

M.Zeynalova qeyd edib ki, qadın polisə müraciət edib və istintaq başlayıb.

“Lakin istintaq dövründə həmin şəxs azadlığa buraxılıb. Ər buraxıldıqdan sonra yoldaşının yanına gedərək uşaqları əlindən alacağı və onun həyatına son qoyacağı ilə bağlı hədələr edib.

Qadın işgəncədən sonra baş verən görüntüləri bizə göndərib. Çox xahiş edirik ki, ona təcili kömək olunsun”,- deyə paylaşımda yazılıb.

Məlumata görə, şiddətə məruz qalan qadın təxminən 35 yaşındadır. Bakı şəhərində atası evindədir. Həyat yoldaşı isə Lənkəran rayonundandır.

Atası qadının qaynı ilə qonşu olduğundan o ehtiyat edir ki, əri evə rahat girə bilər. Çünki uşaqların birini məktəbə aparanda o biriləri evdə qoymalı olur. Əsas qorxusu da budur.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI