Bakıda çay evində dava olub, döyülən və saxlanılanlar var
Bakıda Nəsimi rayonu ərazisində yerləşən çay evlərinin birində şəxsiyyəti məlum olmayan 3 nəfər xuliqanlıq zəminində Laçın rayon sakini olan bir nəfəri döyüb.
“Turanın səsi ” xəbər verir ki, bu barədə polisə məlumat daxil olub.
Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Kərimli, Abşeron rayon sakinləri V.İsmayılov və E.Süleymanov müəyyən olunaraq saxlanılıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI