Bakıda 80 min manatlıq inşaat materialları oğurlayanlar saxlanılıb
Bakının Nərimanov rayonu ərazisindəki mağazaların birindən 80 000 manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən “Turanın səsi ” nə bildirilib ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nazir Cavadov və Ağdaş rayon sakini Mehman Məcidov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI