Bakıda 2 narkokuryer saxlanıldı

Nəsimi rayonunda növbəti əməliyyatlar zamanı 7 kq narkotik vasitə dövriyyədən çıxarılıb.
“turaninsesi.az” xəbər verir ki, əvvəllər məhkum olunmuşlar – Məhəmməd Eminov və İsmayıl Vəliyev saxlanılıblar.
Onların üzərindən ümumilikdə 7 kiloqramdan artıq narkotik vasitə olan tiryək, həşiş, marixuana, metamfetamin, habelə 35 ədəd psixotrop tərkibli metadon və pregabalin həbi aşkar olunaraq götürülüb.
Arzu Paşaqızı