Bərdədə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə “Turanın səsi ” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq silah əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Aftandil Axundov saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Naqan” tipli revolver və həmin silaha məxsus 5 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.