Azərbaycanda rüşvətə görə dekana cinayət işi başlanılıb – RƏSMİ
Azərbaycanda rüşvətə görə dekana cinayət işi başlanılıb.
“Turanın səsi ” in xəbərinə görə bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tələbələrdən rüşvət alan vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edilib.
Azərbaycan Dövlət Aqrar Universitetində dekan işləyən Famil Nəsibovun rəhbərlik etdiyi fakültənin bəzi tələblərinin dərslərdə iştirak etməməsi və imtahanlarda məqbul qiymətlər yazılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Famil Nəsibovun üzərində və xidməti otağında aparılan axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.
Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, Famil Nəsibova həmin Məcəllənin 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddəsilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.
Digər qanunazidd halların müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09