Azərbaycanda kişi arvadını qorxutmaq üçün güllələdi
Lerikdə silahlı insident olub.
“turaninsesi.az“-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Zövnə kəndində qeydə alınıb.
Kənd sakini, 32 yaşlı Cəfər Cəfərov həmyaşıdı olan arvadı M.Əliqismətqızını güllələyib.
Saxlanılan C.Cəfərov arvadını qəsdən güllələmədiyini bildirib.
O qeyd edib ki, məqsədi arvadını qorxutmaq olub. Bu məqsədlə tüfəngdən yerə atəş açıb və nəticədə silahdan çıxan qırma arvadının kürək nahiyəsinə dəyib.
C.Cəfərovdan qanunsuz saxladığı 1 ədəd “İJ” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI