Azərbaycanda evə basqın edildi,  ölən və yaralanan var

0

Şabran rayonunda evə basqın olub, ölən və yaralanan var.

Turanın səsi ” in məlumatına görə, Şabranın “Üç sotlar” yaşayış massivindəki fərdi yaşayış evlərindən birinə basqın edilib.

İlkin ehtimala görə, oğurluq məqsədilə edilən basqın zamanı rayon sakini Hüseynova Gülnarə Şıxkərim qızı öldürülüb. Onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Hüseynov Arif Qaspar oğlu isə ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir