Azərbaycanda dünya və avropa çempionu saxlanıldı
Yanvarın 4-də gecə saatlarında baş verən kikboksçu və boksçu məşqçilərin iştirakı ilə törədilmiş cinayət işi ilə bağlı daha bir nəfər saxlanılıb.
“turaninsesi.az” xəbər verir ki, kikboksinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Ramal Aslanov Xətai Rayon Polis Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, “Lord” ləqəbli Ramal Aslanov DSX mayoru , kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücumda iştirak edən Elnur Həmidov, Elçin Hüseynov və Elvin Məmmədova sifarişi verən şəxs kimi şübhəli bilinir.
Ramal Aslanovla Fuad Zeynalov bir federasiyada işləsə də, uzun müddət aralarında soyuq münasibətlər olub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI