Azərbaycan dövlət sərhədini pozmağa cəhd göstərən pakistanlı saxlanılıb


May ayının 21-də saat 17:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan vətəndaşı, 2003-cü il təvəllüdlü Xan Muhammad Amin saxlanılıb.

Turanın səsi ” xəbər verir ki , bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxsin dövlət sərhədini pozaraq qanunsuz yolla keçməsinə bələdçilik etməkdə şübhəli bilinən Pakistan vətəndaşları, 1987-ci il təvəllüdlü Xan Mücahid Ali və 1990-cı il təvəllüdlü Ali Rizvan müəyyən olunub.

“Azərbaycan DSX, Dövlət Miqrasiya Xidməti, Elm və Təhsil Nazirliyi tərəfindən qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində birgə aparılmış təhlillər nəticəsində dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılmış əcnəbi vətəndaşların bir qisminin ölkə ərazisinə təhsil vizası əldə edərək rəsmi qaydada gəlməsi, daha sonra qeyri-qanuni yolla dövlət sərhədini pozaraq digər ölkələrə getmək niyyətində olmarı aşkar edilib.

Saxlanılan şəxslər yerli təhsil müəssisələrində təhsil almağa başladıqdan sonra dərslərdən yayınmaqla, Avropaya miqrasiya etmək üçün qeyri-qanuni yollar axtarır, bəzi hallarda isə ölkə ərazisində qalaraq bələdçilik funksiyasını icra edirlər.

DSX tərəfindən qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcəkdir”, – məlumatda qeyd olunub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir