Ayağına balta dəyən qadının vəziyyəti necədir?

0

Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Ağadadaş Ağayev Binəqədi rayonu ərazisində yerləşən klinikaların birində mühafizəçi ilə dava edib. Müğənninin həmin an atdığı balta klinikada işləyən qadının ayağını yaralayıb.

turaninsesi.az ” xəbər verir ki, yaralanan Nəzakət Paşayevanın səhhəti ilə bağlı son durumu öyrənmək məqsədilə Konkret.az həmin klinika ilə əlaqə saxlayıb. Klinikanın hüquqşünası Xeyransa Babayeva bildirib ki, N. Paşayeva evində müalicə alır:

“Səhhəti normaldır. Həkimlərin dediyinə görə, onun səhhəti 1 həftə ərzində normala dönməlidir. Ayağından xəsarət aldığı üçün yeriməsində çətinlik yaşayır, axsayır. Xəstəxanada deyil, müalicəsi ev şəraitində davam etdirilir. Aldığı xəsarət ağır deyil”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir