Avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücüləri saxlayıblar.

0

İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücüləri saxlayıblar.

Bu barədə Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Cəbrayıl rayon sakini Nicat Məmmədov, İmişli rayon sakinləri Ravi Qarayev və Kənan Məhəmmədov idarə etdikləri “VAZ” və “Hyundai” markalı avtomobillərlə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və həmin avtoxuliqanlıq hərəkətlərini “Tik-Tok” sosial şəbəkəsində paylaşıblar.
Həmin şəxslər İmişli RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb və barələrində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün İmişli rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə N.Məmmədov və R.Qarayev 500 manat məbləğində cərimə edilməklə 1 il müddətinə sürücülük hüququndan məhrum ediliblər, K.Məhəmmədov isə 15 sutka inzibati qaydada həbs edilib və 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir