Avtomobil alqı-satqısı adı altında dələduzluq edən şəxs saxlanıldı

Binəqədi rayon sakini olan iki nəfər polisə müraciət edərək avtomobil alış-verişi adı altında aldadılaraq ümumilikdə 21 min manatdan artıq  pul vəsaitlərinin ələ keçirildiyini bildiriblər. 

Bu barədə “turaninsesi ”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən 21 yaşlı E.Qulamov saxlanılıb.

Araşdırmalarla E.Qulamovun zərərçəkənlərdən birinə məxsus “Nissan” markalı avtomobili ondan alaraq ödəniş etmədiyi, daha sonra isə həmin nəqliyyat vasitəsini ikinci şəxsə satacağı vədi ilə onun da pulunu ələ keçirdiyi müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Arzu Paşaqızı