Astarada 9 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə 38 yaşlı Amid Bəşirli və əvvəllər məhkum olunmuş 44 yaşlı Nurlan Abbasov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “turaninsesi.az“-a verilən məlumata görə, saxlanılan şəxslərdən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 9 kiloqram marixuana aşkarlanıb.
Araşdırmalarla onların həmin narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından qaçaqmalçılıq yolu ilə əldə etdikləri müəyyən olunub.
Həyata keçirilən digər tədbirlərlə isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha iki nəfər – əvvəllər məhkum olunmuş Camal Rzayev və Günay Cəfərova da saxlanılıblar. Onlardan metamfetamin və marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Cinayət işi başlanılıb, saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar aparılır.
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09