Arvadını namaz qılarkən qətlə yetirib Gürcüstana qaçan şəxs saxlanıldı
![](https://turaninsesi.az/wp-content/uploads/2025/02/received_862827095393802.jpeg)
Fevralın 8-də saat 23 radələrində Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədovanın küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən “turaninsesi.az–a verilən məlumata görə cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məmmədov Ramil Məhərrəm oğlu Gürcüstan Respublikasında saxlanılıb.
Onun ölkəyə ekstradisiyası üçün tədbirlər görülür.
Bildirilir ki, L.Məmmədova namaz qılarkən ölürülübmüş.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI