Ali Məhkəmə keçmiş DİN zabiti barədə qərar verdi

0

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin keçmiş şöbə rəisi, Hacı Məmmədovun cinayət işi üzrə həbs olunaraq ömürlük azadlıqdan məhrum edilən Kamil Sədrəddinov vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciətinə Ali Məhkəmədə baxılıb.

turaninsesi.az” xəbər verir ki, qərara əsasən, şikayət təmin olunmayıb.

Kamil Sədrəddinov DİN-in Baş Cinayət Axtarış İdarəsinin əmlak cinayətlərinə qarşı mübarizə şöbəsinin rəisi olub. O, 2005-ci ildə DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun dəstəsinə qarşı keçirilən “Qara kəmər” əməliyyatı çərçivəsində tutulub.

Kamil Sədrəddinov Ağır Cinayətlərə dair Məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Prezident İlham Əliyevin 2019-cu il martın 16-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə onun ömürlük həbs cəzası 20 il həbs cəzası ilə əvəzlənib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir