Akif Çovdarovun 30 milyon manatlıq əmlakları yenidən müsadirə edilib

0

Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş idarə rəisi Akif Çovdarovun əmlakları yenidən müsadirə edilib.

Turanın səsi ” xəbər verir ki, bu barədə qərar hakim Mirzəli Abbasovun sədrliyi keçirilən prosesdə elan edilib.

Yeni qərara əsasən A.Çovdarovun 8-ci kilometr bazarı da daxil olmaqla 30 milyonluq əmlakı dövlət nəfinə müsadirə edilib.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ildə həbs edilib. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum olunub. Hökmə əsasən, onun 30 milyon manatlıq əmlakı müsadirə edilib. Daha sonra o, general-mayor rütbəsindən məhrum edilib. O, 2020-ci ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir