Ahıl adamların pulunu mənimsəyən Ukrayna vətəndaşları saxlanıldı
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən qanunsuz əməllərə cəlb olunan Seymur Əhmədov, Ukrayna vətəndaşları Durkin Yevhen və Kostıuk Vitali saxlanılıblar.
Bu barədə “turaninsesi.az” – a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Saxlanılan şəxslər “Telegram” sosial şəbəkəsində əlaqə qurduqları naməlum şəxslərin onları yönləndirdiyi ünvanlara yollanaraq yaşlı nəslin nümayəndələrinin yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildiriblər və pul tələb ediblər.
Hüquqazidd əməllər nəticəsində 6 vətəndaşa ümumilikdə 27 min 200 dollar və 25 min manat maddi ziyan dəyib. Saxlanılan şəxslər pul vəsaitlərini zərərçəkənlərdən alandan sonra sifarişçilərinin bank kartı və ya kriptovalyuta hesablarına köçürüblər.
Tutulanlardan ikisi Durkin Yevhen və Kostıuk Vitali məhz qeyd edilən qanunsuz əməlləri həyata keçirmək məqsədi ilə müvafiq olaraq yaşadıqları İtaliya və Polşa Respublikalarından Bakı şəhərinə gəliblər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI