Ağsuda 1 tondan artıq çətənə kolu məhv edilib
Ağsuda 1 tondan artıq çətənə kolu məhv edilib.
Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı Xanbulaq kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 1 ton 250 kiloqram olan 2900 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI