Ağdaşda yarım tona yaxın narkotik tərkibli bitki məhv edilib
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan ” turanın səsi ” nə verilən məlumata görə, keçirilən tədbir zamanı Pirəzə kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 400 kiloqramdan artıq olan 502 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI