Ağdaşda narkotiklərin qanunsuz dövriyyəsinə görə 8 nəfər saxlanılıb
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılmaları istiqamətində növbəti əməliyyatlar keçirilib, 8 nəfər tutularaq məsuliyyətə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbənin Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri tədbirlər zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakinləri-Bəhruz Allahverdiyev, Mərahim Nəbiyev və Mövsüm Məmmədzadə saxlanılıb. Onların becərdikləri ümumi çəkisi 7 kiloqram olan çətənə kolları aşkar edilərək götürülüb.
Keçirilən növbəti əməliyyatlar nəticəsində isə narkotik vasitə və psixotrop maddələrin saxlanması, daşınması və satışında şübhəli bilinən daha 5 nəfər- Mirələm Mustafayev, Kamil Quliyev, Nurlan Qənbərov, Vüqar Məmmədov və Əlağa Mirağayev saxlanılıb. Onlardan heroin, marixuana və metamfetmin aşkar edilərək dövriyyədən çıxarılıb.
Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.