Ağcabədidə qanunsuz silah-sursat əldə edən şəxs cinayət məsuliyyətinə cəlb edilib
Ağcabədidə keçirilən əməliyyat zamanı qanunsuz silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini cinayət məsuliyyətinə cəlb edilib
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarına qanunsuz silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən şəxs barəsində əməliyyat məlumatı daxil olub. Məlumat əsasında keçirilmiş tədbirlərlə rayonun Muğanlı kənd sakini Rafiq Vəliyev idarəsində olan avtomobillə birgə saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı yük yerindən 1 ədəd nömrəsi silinmiş Kalaşnikov konstruksiyalı “AK-74” markalı avtomat, həmin silaha məxsus patron darağı və 5 ədəd 7.62 kalibrli patron aşkar edilərək götürülüb. Saxlanılan şəxs ilkin dindirilmə zamanı həmin silah-sursatı bir müddət əvvəl Qarqar çayının sahilindən tapdığını və polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI