Ağcabədidə 10 kq narkotik – Şübhəli həbs olundu
Ağcabədidə narkokuryerdən 10 kiloqrama yaxın marixuana aşkarlanıb
Bu barədə “turaninsesi.az” – a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan Rauf Əsgərov saxlanılıb. Ondan 10 kiloqrama yaxın marixuana aşkarlanıb. O, izahatında narkokuryerliyə sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən cəlb olunduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, R.Əsgərov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI