Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının şübhəli iki nəfər saxladı

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq narkotik tərkibli bitkinin kultivasiyasında və oğurluq əməlləri törətməkdə şübhəli bilinən iki nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşların tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkinin qanunsuz olaraq kultivasiyasında şübhəli bilinən rayon sakini Çingiz Əliyev saxlanılıb. Həmin şəxsin yaşadığı ünvana baxış keçirilən zaman aqrotexniki qulluqla yetişdirilmiş 11 ədəd çətənə bitkisi və çəkisi 7 kiloqram 555 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Bundan başqa keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində fərdi yaşayış evlərinin birindən oğurluq etməkdə şübhəli bilinən rayon sakini Qalib Musayev də saxlanılıb. Onun evdən qızıl-zinət əşyaları, avtomobil ehtiyat hissələri və elektrik naqilləri oğurlayaraq zərərçəkmiş şəxsə 8600 manatdan artıq ziyan vurduğu müəyyən edilib.
Hər iki faktla bağlı Ağcabədi RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir