Adam oğurluğunda təqsirləndirilən şəxs ev dustaqlığı istədi – MƏHKƏMƏ

0

Bakının Qaradağ rayonu ərazisində adam oğurluğu cinayəti törətməkdə təqsirləndirilən Rövşən Eyyubov, Tuncay İmanov, Famil Hacıxanov və Vəli Vəliyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

turaninsesi.az“-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən Vəli Vəliyevin vəkili Qantural Mursəlzadə müvəkkili barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət təqdim edib. Məhkəmə müşavirədən sonra vəsatətin qəbul edilməsinə hər hansı bir əsasın olmadığını vurğulayaraq onu rədd edib. Cinayət işinin məhkəmə araşdırmasına verilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, müstəntiqlərin təqdim etdiyi məlumata görə, Rövşən Eyyubov paytaxt sakini Balakərim Umudovu oğurlamaq niyyəti ilə bir qrup şəxslə qabaqcadan əlbir olaraq plan hazırlayıb. Onlar 2023-cü il dekabrın 24-də saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində, 19 saylı poliklinikanın qarşısına gəlib, Balakərim Umudovun iradəsinə zidd olaraq, ondan özlərinə məxsus BMW markalı avtomobilə əyləşməyi tələb ediblər. Sonra zərərçəkəni Qobu qəsəbəsindəki kimsəsiz çöllüyə apararaq, orada döyüb, bədən xəsarətləri yetiriblər.

Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə ittiham irəli sürülüb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir