Abşeronda arvadını və körpəsini öldürən şəxslə bağlı QƏRAR

0

Abşeronda arvadını və körpəsini öldürərək intihara cəhd edən şəxs barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Turanın səsi ” xəbər verir ki , bu barədə Abşeron rayon prokurorluğundan bildirilib.

“İyunun 20-də Abşeron rayonunun Qobu qəsəbəsində 20 yaşlı qadın və 8 aylıq körpəsinin qəsdən öldürülməsi faktına görə Abşeron rayon prokurorluğunda başlanmış cinayət işi üzrə 1993-cü il təvəllüdlü Fərid Hüseynli Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu (xüsusi amansızlıqla və aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib”, – məlumatda deyilir.

25.06.2023 11:42

Abşeron rayonunda həyat yoldaşı və 8 aylıq körpəsini öldürdükdən sonra intihara cəhd etməkdə şübhəli bilinən Fərid Hüseynlinin barəsində istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bu barədə “Turanın səsi ” nə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qeyd edilib ki, hazırda F.Hüseynlinin Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicəsi davam etdirilir.

Qeyd edək ki, hadisə iyunun 20-si saat 19 radələrində Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlu 2003-cü il təvəllüdlü Hüseynli Leyla Əlişan qızına və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürüb. Daha sonra o, özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Xatırladaq ki, L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir