Abşeron rayonunda mühafizəçi işlədiyi bağ evindən
35 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb
Abşeron rayonu Fatmayı qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib. Zərərçəkən ərizə ilə polisə müraciət edərək evdən ümumi dəyəri 35 min manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Abşeron Rayon Polis İdarəsinin Mehdibad Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin evin mühafizəçisi Cavidan Əlyarlı saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırmalar zamanı saxlanılan şəxs törətdiyi hadisəni etiraf edərək oğurladığı qızılları satdığını bildirib.
Faktla bağlı Mehdiabad Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
26 sentyabr 2022-ci il